"Səbail" toplanış çərçivəsində ilk iki yoxlama oyununu Bolqarıstan klublarına qarşı keçirmişdi. "Lokomotiv" (Plovdiv) komandasına 0:1 hesabı ilə məğlub olan bakılılar "Beroe" ilə görüşdə darmadağınla üzləşmişdi - 0:4. Rumıniyanın "Klinçeni" klubu ilə görüş isə heç-heçə yekunlaşmışdı - 0:0.

İyunun 18-dən etibarən Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan "Səbail" bu gün dördüncü yoxlama oyununa çıxıb.Matc.az xəbər verir ki, paytaxt təmsilçisi sonuncu sınaq matçında Makedoniyanın "Makedoniya GP" klubu ilə üz-üzə gəlib. Paytaxt klubu bu görüşdə minimal hesabla məğlub olub.

"Səbail" toplanış çərçivəsində ilk iki yoxlama oyununu Bolqarıstan klublarına qarşı keçirmişdi. "Lokomotiv" (Plovdiv) komandasına 0:1 hesabı ilə məğlub olan bakılılar "Beroe" ilə görüşdə darmadağınla üzləşmişdi – 0:4. Rumıniyanın "Klinçeni" klubu ilə görüş isə heç-heçə yekunlaşmışdı – 0:0.

Aftandil Hacıyevin çalışdırdığı kollektiv sabah toplanışı başa vuraraq Bakıya qayıdacaq.

Yoxlama oyunu
1 iyul

"Səbail" – "Makedoniya GP"-  0:1

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest