"Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi sonuncu yoxlama oyununun başlama saatı dəyişdirilib. Matc.az xəbər verir ki, Ağdam klubunun çexiya təmsilçisi "Viktoriya" (Plzen) ilə qarşılaşmasının iyulun 2-də Bakı vaxtı ilə saat 20:00-da başlayacağı bildirilsə də, sonradan matçın 1 saat tez başlamasına qərar verilib. 
 
"Qarabağ"ın mətbuat xidmətinin yaydığı məlumata görə, oyun saat 19-da start götürəcək.
 
Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub. Rumıniyanın "Universitatya" klubu ilə heç-heçəyə razılaşan Qurban Qurbanovun yetirmələri son olaraq Rusiya "Ufa"sına 2:1 hesabıyla qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest