C qrupunun lideri Əlcəzair millisi bu dəfə Tanzaniyanı 3 cavabsız qolla məğlub edib və maksimum nəticəyə imza atıb. Seneqal isə Keniyanı oxşar hesabla üstələyib və qrup ikincisi kimi mərhələ adlayıb.

Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin sonuncu turunun oyunları keçirilir. Matc.az xəbər verir ki, daha iki qrupda mübarizəyə yekun vurulub. 
 
C qrupunun lideri Əlcəzair millisi bu dəfə Tanzaniyanı 3 cavabsız qolla məğlub edib və maksimum nəticəyə imza atıb. Seneqal isə Keniyanı oxşar hesabla üstələyib və qrup ikincisi kimi mərhələ adlayıb.
 
D qrupunda da itkisiz irəliləyən Mərakeş bu dəfə CAR üzərində minimal hesablı qələbə sayəsində maksimum nəticəyə imza atıb. Fil Dişi Sahili yığması isə Namibiyanı darmadağın edib və qrup ikinciliyinə nail olub.
 
Afrika Millətlər Kuboku
1 iyul
 
C qrupu
 
Keniya – Seneqal 0:3
Qol: Sarr, 63. Mane, 71; 78-pen.
 
Tanzaniya – Əlcəzair 0:3
Qol: Slimani, 35. Ounas, 39; 45.
 
Əlcəzair – 9, Seneqal – 6, Keniya – 3, Tanzaniya – 0.
 
D qrupu
 
Namibiya – Fil Dişi Sahili 1:4
Qol: Kamatuka, 71 – Qradel, 39. Die, 58. Zaha, 84. Korne, 89.
 
CAR – Mərakeş 0:1
Qol: Bussufa, 90.
 
Mərakeş – 9, Fil Dişi sahili – 6, CAR – 3, Namibiya – 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest