Artıq Vüqarın yeni komandası da bəllidi. O, bundan sonra karyerasını Latviyanın digər elita təmsilçisi "Liepaya"da davam etdirəcək. Əsgərov yeni klubu ilə 1,5 illik müqaviləyə imza atıb.

Azərbaycan millisinin sabiq hücumçusu Vüqar Əsgərov Latviyanın "Dauqavpils" klubundan ayrılıb. Matc.az xəbər verir ki, bu barədə 34 yaşlı hücumçu sosial şəbəkə hesabında məlumat yayıb.
 
O, ilyarımdı şərəfini qoruduğu klubdan ayrıldığını bəyan edib və komanda yoldaşları, məşqçiləri ilə vidalaşıb. "Dauqavpils" klubu da sosial şəbəkə hesabında azərbaycanlı futbolçuya xidmətlərinə görə təşəkkür edib.
 
Artıq Vüqarın yeni komandası da bəllidi. O, bundan sonra karyerasını Latviyanın digər elita təmsilçisi "Liepaya"da davam etdirəcək. Əsgərov yeni klubu ilə 1,5 illik müqaviləyə imza atıb.
 
Maraq üçün qeyd edək ki, Avropa Liqasında mübarizə aparacaq "Liepaya"nı Latviya millisinin və "Bakı"nın sabiq baş məşqçisi Aleksandr Starkov çalışdırır. Onun komandası 17 oyuna topladığı 23 xalla 9 kollektiv arasında 6-cı pillədə qərarlaşıb. Digər azərbaycanlı futbolçular – Tural Bayramlı ilə Elvin Sərkərovun da formasını geyindiyi Vüqarın keçmiş komandası - "Dauqavpils" isə 21 xalla 7-cidi.
 
Vaxtilə Azərbaycan millisində də oynamış Əsgərov, karyerası ərzində "Sumqayıt", "Zirə" və "Araz Naxçıvan"la yanaşı, Latviyada bir çox klubun formasını geyinib. ötən mövsüm 1-ci Liqada bombardir olmaqla "Dauqavpils"in elitaya vəsiqə qazanmasında əsas pay sahiblərindən olan Vüqar, bu mövsüm də 7 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest