"Nyukasl"la bu yaxınlarda yollarını ayıran Rafael Benitesin işsiz günləri qısa çəkib. Matc.az saytı xəbər verir ki, ispaniyalı mütəxəssis ilk dəfə Avropadan kənarda çalışacaq.

Belə ki, 59 yaşlı məşqçi çin klubu "Dalyan İfan"la anlaşıb. Bunu Benites özü tvitter hesabı vasitəsilə bəyan edib. O, "Dalyan İfan"ın layihəsini bəyəndiyini və bu üzdən müqavilə bağladığını deyib. Benitesin yeni komandasında illik məvacibi 13,4 milyon avro təşkil edəcək.

Qeyd edək ki, "Dalyan İfan" çin Superliqasında 15 turdan sonra 10-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest