"Qarabağ"ın çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Partizani" baxışda olan Muamer Adzemlə bağlı qərarını verib. Matc.az saytının Albaniya mətbuatına istinadən məlumatına görə, Tirana təmsilçisi 27 yaşlı mərkəz müdafiəçisinin performansından razı qalmayıb.

Bosniya və herseqovinalı oyunçuya yoxlama görüşündə şans verilsə də, onun çıxışı baş məşqçi Franko Lerdanın ürəyincə olmayıb. Nəticədə Adzem Albaniya çempionunun düşərgəsini tərk edib. "Qarabağ"la matçın başlamasına çox az vaxt qalsa da, "Partizani" hələ də müdafiə xəttində yaranan boşluğu doldura bilməyib. Rəhbərlik ilk oyuna qədər müdafiəçi transfer etmək fikrindədi.

Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında oyunlar iyulun 10-da və 17-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest