"Yuventus" yeni transferi Adrien Rabyonu təqdim edib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ulduz futbolçu yeni komandası ilə münasibətləri rəsmiləşdirib.
PSJ-dən ayrılan və dünəndən azad agent statusu daşıyan 24 yaşlı yarımmüdafiəçi uzunmüddətli müqaviləyə qol çəkib. Transfer haqqı olaraq 10 milyon avro əldə edən Rabyonun illik maaşı 7 milyon olacaq.
Fransa millisinin üzvü yeni komandasında 25 nömrəli formanı geyinəcək.