Mövsüm başa çatdıqdan sonra "Qəbələ"dən ayrılan Dmitri Bezotosnı karyerasını ölkəsi Ukraynada davam etdirməyə hazırlaşır. 36 yaşlı qolkiper sabiq komandası "Çernomorets"in düşərgəsindədi.

Mövsüm başa çatdıqdan sonra "Qəbələ"dən ayrılan Dmitri Bezotosnı karyerasını ölkəsi Ukraynada davam etdirməyə hazırlaşır. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, 36 yaşlı qolkiper sabiq komandası "çernomorets"in düşərgəsindədi.

Bezotosnı hazırda Odessa təmsilçisinin heyətində dünən istirahətdən qayıdan bir qrup futbolçu ilə birlikdə məşq edir. Onun "çernomorets"lə müqavilə bağlaması istisna olunmur.

Qeyd edək ki, 2015-2019-cu illərdə "Qəbələ"nin formasını geyinmiş Dmitri Bezotosnı ölkəmizə gəlməzdən əvvəl 2011-2014-cü illərdə "çernomorets"də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest