Türkiyənin "Gənclərbirliyi" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, növbəti mövsümdən Super Liqada mübarizə aparacaq paytaxt təmsilçisi hollandiyalı futbolçu Mats Sentyensi transfer edib. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent statusunda keçib.
 
"NAK Breda"nın yetirməsi olan Sentyens, 2016-cı ildən "AZ Alkmaar" klubunun formasını geyinirdi. O, Hollandiya çempionatında 165 oyuna çıxıb, 15 qol vurub.
 
Qeyd edək ki, "Gənclərbirliyi"ndə Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmaz da forma geyinir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest