Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə E və F qruplarında sonuncu turun oyunları keçirilib.
 
F qrupunda Qana yığması Qvineya Bisau üzərində inamlı qələbə qazanmaqla qrup lideri olub. Kamerun isə Beninlə qarşılaşmadan qolsuz heç-heçə ilə ayrılıb və qrup ikincisi kimi növbəti mərhələyə yüksəlib.
 
E qrupunda Mali Anqolanı minimal hesabla üstələyib və qrup mərhələsini ilk sırada tamamlayıb. Əvvəlki iki oyunundan heç-heçə ilə ayrılan Tunis isə bu dəfə də Mavritaniya ilə bərabərə qalıb və cəmi 3 xal toplamaqla qrup ikincisi kimi 1/8 finala yüksəlib.
 
Afrika Millətlər Kuboku
2 iyul
 
E qrupu
 
Anqola – Mali 0:1
Qol: Haydara, 37.
 
Mavritaniya – Tunis 0:0
 
Mali – 7, Tunis – 3, Anqola – 2, Mavritaniya – 2.
 
F qrupu
 
Benin – Kamerun 0:0
 
Qvineya Bisau – Qana 0:2
Qol: Ayyu, 46. Tomas, 72.
 
Qana – 5, Kamerun – 5, Benin – 3, Qvineya Bisau - 1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest