Hollandiyada təlim-məşq toplanışında olan Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin komandası "Aleksandriya" 4-cü yoxlama görüşünü keçirib. Matc.az xəbər verir ki, Ukrayna klubu Almaniya təmsilçisi "Duysburq"la qarşılaşıb.
İlk hissəsində qol vurulmayan görüşün 64-cü dəqiqəsində almanlar hesabı açıb. Laki 84 və 86-cı dəqiqələrdə fərqlənən Premyer Liqa klubu 2:1 hesablı qələbə qazanıb. "Aleksandriya" qarşılaşmada iki fərqli heyətlə çıxış edib. Start heyətində meydana daxil olan Paşayev fasilədən sonra əvəzlənib.
Qeyd edək ki, "Aleksandriya" toplanış çərçivəsində son yoxlama görüşünü iyulun 6-da Belçika "Standard"ına qarşı keçirəcək.