Kutaisi "Torpedo"sunun hücumçusu Budu Zivzivadzenin karyerasını ölkəmizdə davam etdirmək variantı olub. Matc.az xəbər verir ki, bunu 25 yaşlı forvard özü deyib.

Qazaxıstan mətbuatına açıqlama verən Gürcüstan millisinin üzvü həm bu ölkədən, həm də Azərbaycandan təklif aldığını etiraf edib. Ancaq o, bu ölkələrə köçmək niyyətində deyil.

Zivzivadze eyni zamanda "Torpedo"da qalmaq istəmədiyini də vurğulayıb: "Ayrılmaq istəyirəm və bunu gizlətmirəm. çünki konkret təklifim var. Klub prezidenti Zaza çaçava ilə də görüşmüşəm. Necə olacağını bilmirəm. Qaçmaq istəmirəm, amma transfer vərəqəmi də vermirlər. çünki klubla sözləşmə müddətim gələn ilə qədərdi. Avropanın orta səviyyəli klubundan təklif almışam, ora getmək istəyirəm. Qazaxıstan və Azərbaycandan gələn təklifləri rədd etdim. Orda oynamaq istəmirəm. Klubumla müqaviləni birtərəfli ləğv etməyə müsbət baxmıram. Ayrılmaqda israrlıyam, amma klubum buraxmır".

Qeyd edək ki, Budu Zivzivadzenin adı bir müddət əvvəl "Qəbələ" ilə birgə hallanırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest