"Səbail"in Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Universitatya Krayova" heyətində "təmizləmə işi" aparıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, Rumıniya klubu 5 futbolçusunu əsas komandadan göndərib.

Onlar arasında ölkəmizdə çıxış etmiş Sezar Meza Kolli də var. Paraqvaylı yarımmüdafiəçi, eyni zamanda İsak Donkor, Andrey Krisrtea, Radoslav Dimitrov və Nuno Roşa artıq baş məşqçi Korneliu Papurenin ixtiyarında olmayacaq. Adıçəkilən oyunçular əvəzedici heyətə göndərilib.

Qeyd edək ki, "Səbail"lə "Universitatya Krayova" arasında oyunlar iyulun 11-də və 18-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest