Argentina millisinin kapitanı Lionel Messi yığma karyerasını davam etdirəcək. Matc.az xəbər verir ki, bunu 32 yaşlı superulduz özü deyib.

Amerika Kubokunun yarımfinalında Braziliyaya məğlubiyyətindən (0:2) sonra yerli mətbuata danışan Messi millidən getmək barədə düşünmədiyini deyib: "Bizi yeni mərhələ gözləyir. ümid edirəm ki, hörmət görəcəyik, tənqid yox. Bu komandaya sakitlik və böyümək üçün icazə verilməlidi. Həqiqət budu ki, oyunçularla yaxşı anlaşdım və gələcəkdə də onlara köməyim lazım olsa, bunu edəcəm. Əla və inkişaf edən komandamız var. Əgər yenə bu komandaya qoşulmaq imkanım olsa, yararlanacam".

Qeyd edək ki, Lionel Messi 2005-ci ildən Argentina millisində çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest