PSJ-dən ayrılan Canluici Buffonun "Yuventus"a dönüşü rəsmiləşir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 41 yaşlı qapıçı Turin klubu ilə hərtərəfli anlaşıb.

Əfsanəvi italyan sabah "qoca sinyora"da tibbi müayinədən keçəcək və daha sonra rəsmi sözləşməyə qol çəkəcək. Buffonun "Yuve" ilə müqavilə müddəti 1 ili əhatə edəcək.

Qeyd edək ki, Buffonun PSJ ilə müqavilə müddəti başa çatdığından, o, "Yuventus"a azad agent kimi keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest