Rusiyanın "Spartak" (Moskva) klubu Avstriya toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi bu komanda Macarıstanın "Dyor ETO" klubu ilə üz-üzə gəlib. Qarşılaşma Ayazın komandasının qələbəsiylə yekunlaşıb – 3:0.
 
Quliyev də bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
"Spartak" daha öncə Avstriyada Rusiya Premyer Liqasının digər təmsilçisi "Rostov"la (1:1) və Moskva çSKA-sı ilə (3:1) qarşılaşmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest