19 yaşlı hücumçu ilə imzalanan müqavilənin müddəti və digər detalları barədə məlumat verilməyib. Amma İspaniya mətbuatının yazdığına görə, Feliks "Atletiko" ilə 5 illik müqavilə imzalayıb.

İspaniyanın bu yay transfer bazarındakı ən fəal klublarından olan "Atletiko" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Portuqaliya yığmasının və "Benfika"nın gənc ulduzu Joao Feliks də Madrid təmsilçisinə transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
19 yaşlı hücumçu ilə imzalanan müqavilənin müddəti və digər detalları barədə məlumat verilməyib. Amma İspaniya mətbuatının yazdığına görə, Feliks "Atletiko" ilə 5 illik müqavilə imzalayıb.
 
"Benfika"nın rəsmi saytı isə bu transfer üçün İspaniya təmsilçisinin 126 milyon avro təzminat ödədiyini yazıb. Feliksin sözügedən klubla müqaviləsində sərbəstqalma məbləği məhz bu qədər idi. Bununla da 19 yaşlı futbolçu "Atletiko" tarixinin ən bahalı transferinə çevrilib.
 
Feliks geridə qalan mövsümdə "Benfika"nın heyətində müxtəlif turnirlər çərçivəsində 43 oyuna çıxıb, 20 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest