Matçın əsas vaxtında qapılara qol vurulmayıb. Bu üzdən də əlavə vaxt təyin olunub. Hollandlar məhz əlavə vaxtda - 99-cu dəqiqədə vurduqları yeganə qol sayəsində finala vəsiqə qazanıblar - 1:0.

Qadın futbolçulardan ibarət yığma komandalar arasında təşkil olunan dünya çempionatında yarımfinal mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, Fransanın ev sahibliyi etdiyi sayca 8-ci mundialın ikinci yarımfinal görüşü Hollandiya və İsveç yığmaları arasında baş tutub.
 
Matçın əsas vaxtında qapılara qol vurulmayıb. Bu üzdən də əlavə vaxt təyin olunub. Hollandlar məhz əlavə vaxtda – 99-cu dəqiqədə vurduqları yeganə qol sayəsində finala vəsiqə qazanıblar - 1:0.
 
Digər yarımfinal qarşılaşmasında ABŞ İngiltərəyə 2:1 hesabıyla qalib gəlmişdi.
 
Beləliklə, mundialın finalında ABŞ və Hollandiya yığmaları üz-üzə gələcək. Həlledici qarşılaşma iyulun 7-də keçiriləcək. Finaldan bir gün öncə isə 3-cü yer uğrunda oyunda İngiltərə və İsveç yığmaları qarşılaşacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest