"Tottenhem"in rekord məbləğə "Lion"dan transfer etdiyi Tanqi Ndombeleyə böyük ümidlər bəslənilir. Matc.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, londonlular fransalı yarımmüdafiəçinin tezliklə komandanın liderlərindən biri olacağını düşünür.

"Lion"un prezidenti Jan-Mişel Olas isə Fransa millisinin üzvünü hətta "çelsi"də çıxış edən Nqolo Kantedən də üstün sayır. O, Ndombeleyə ikinci Essyen gözü ilə baxır: "Ndombele Premyer Liqanın "yeni Essyen"idi. Müasir futbolçulardan isə Pol Poqbaya bənzərliyi var".

Qeyd edək ki, 2003-2005-ci illərdə "Lion"da çıxış etmiş Maykl Essyen 9 il Premyer Liqada "çelsi"nin formasını geyinib. Qanalı yarımmüdafiəçi bu ildən "Səbail"in formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest