"Sumqayıt" və "Şeh Group" MMC şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. İmzalanmış müqavilə bir il müddətinə qüvvədə olacaq. Tədbirdə "Sumqayıt"ın prezidenti Riad Rəfiyev, "Şeh Group" MMC-nin təsisçiləri iştirak ediblər.

"Sumqayıt" və "Şeh Group" MMC şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, imzalanmış müqavilə bir il müddətinə qüvvədə olacaq.

"Kapital Bank Arena"nın Konfrans zalında baş tutan tədbirdə "Sumqayıt"ın prezidenti Riad Rəfiyev, "Şeh Group" MMC-nin təsisçiləri Kərim Əliyev və Səbinə Abas-zadə iştirak ediblər. Müqavilə imzalandıqdan sonra "Şeh Group" MMC-nin rəhbərliyinə xatirə olaraq "Sumqayıt"ın oyun geyimi hədiyyə olunub.

Bundan başqa, qonaqlar "Kapital Bank Arena" və yeni inşa olunmuş stadionlarla yaxından tanış olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest