"çelsi"nin yeni baş məşqçisi rəsmən müəyyənləşib. Matc.az xəbər verir ki, "çelsi" çoxdandı anlaşdığı Frenk Lempardı ictimaiyyətə təqdim edib.
Əfsanəvi kapitan doğma komandası ilə 3 illik müqavilə imzalayıb. O, bu postda "Yuventus"la anlaşan Mauritsio Sarrini əvəzləyib.
çempionşip təmsilçisi "Derbi Kaunti" Lempardın keçidindən 4 milyon funt-sterlinq təzminat qazanıb.