"Yuventus" əfsanəvi futbolçusu Canluici Buffonu yenidən sıralarına qaytarıb. Matc.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Təcrübəli futbolçu artıq tibbi müayinədən keçmək üçün Turin şəhərinə yollanıb. Onun gün ərzində rəsmi müqaviləyə imza atması gözlənilir.

Peşəkar karyerasına "Parma"da başlayan, 2001-2018-ci illər aralığında "Yuventus"da çıxış edən Buffon ötən yay PSJ-yə keçmişdi. O, Paris klubunun heyətində 25 oyuna çıxıb, Fransa çempionatının və Superkubokunun qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest