Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi" ilə "Sperantsa" arasında Moldovada keçiriləcək ilk oyunun biletlərinin satışa çıxarılacağı gün və qiymətlər müəyyənləşib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, biletləri qarşılaşmanın keçiriləcəyi "Zimbru" stadionunun kassalarından əldə etmək mümkün olacaq.

Ən ucuz biletin qiyməti 50 ley - təminən 4 manat 70 qəpikdi. Biletlər yalnız oyun günü satışda olacaq.

Qeyd edək ki, "Sperantsa" - "Neftçi" qarşılaşması iyulun 11-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest