"Liverpul" daha bir futbolçusunu transferə çıxarıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, söhbət müdafiəçi Deyan Lovrendən gedir.

Xorvatiya millisinin üzvü baş məşqçi Yurgen Kloppun yeni mövsüm üçün planında yoxdu. Bu üzdən "qırmızılar" 30 yaşlı mərkəz müdafiəçisi üçün gələn təklifləri nəzərdən keçirəcək. Hazırda onun xidmətində ən çox maraqlı olan klub "Milan"dı.

Qeyd edək ki, Deyan Lovren 2014-cü ildən "Liverpul"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest