Futbol üzrə İtaliya yığmasının sabiq qapıçısı Canluici Buffonun sabiq klubu "Yuventus"a qayıdışı tam rəsmiləşib. Matc.az xəbər verir ki, bu gün 41 yaşlı futbolçu Turin klubu ilə rəsmi müqaviləyə imza atıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Təcrübəli qolkiperlə müqavilənin müddəti 2020-ci ilin iyun ayının 30-na kimi nəzərdə tutulub.
 
Peşəkar karyerasına "Parma"da başlayan, 2001-2018-ci illər aralığında "Yuventus"da çıxış edən Buffon, ötən yay PSJ-yə transfer edilmişdi. Lakin mövsüm bitəndən sonra Paris klubu italiyalı qolkiperlə müqavilənin müddətini uzatmaqdan imtina etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest