"Neftçi" Avropa Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacağı Moldovanın "Speranta" klubu ilə səfər oyununun hazırlığına start verib. Matc.az xəbər verir ki, Türkiyə toplanışından sonra iki günlük fasiləyə buraxılan komanda bu gün öz bazasında məşqə çıxıb. 
 
Hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Hazırlıq sabah bir məşqlə davam edəcək.
 
Xatırladaq ki, iyulun 11-də "Zimbru" stadionunda keçiriləcək "Speranta" – "Neftçi" oyununa Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest