Rusiyanın "Spartak" (Moskva) klubu Avstriya toplanışı çərçivəsində dördüncü yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi bu komanda bu dəfə Rusiyanın digər təmsilçisi "Krasnodar"la üz-üzə gəlib. 
 
Ayazın komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 1:2.
 
Quliyev əvvəlki üç sınaq matçından fərqli olaraq, bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest