"Betis"in qapıçısı Pau Lopes karyerasını A seriyasında davam etdirəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, İspaniya millisinin qolkiperi "Roma"ya keçəcək.

Klublar arasında danışıq artıq müsbət yekunlaşıb. Transfer "Betis"ə 20 milyon avro qazandıracaq. 24 yaşlı qapıçı "canavarlar"a keçmək üçün "Betis"dəki bonusundan imtina edib. Futbolçu növbəti həftənin ilk günündə paytaxt klubunda tibbi müayinədən keçəcək və münasibətləri rəsmiləşdirəcək.

Pau Lopes "Roma" tarixinə ən bahalı qapıçı transferi kimi düşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest