"Borussiya" (Dortmund) klubunun sabiq futbolçusu Neven Subotiç yenidən Almaniyaya qayıdıb. Matc.az xəbər verir ki, 30 yaşlı müdafiəçi Bundesliqanın debütantı "Yunion Berlin" klubuna transfer olunub. 
 
Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Subotiçlə 2 illik müqavilə imzalanıb.
 
2008-2018-ci illər aralığında "Borussiya"da forma geyinən Subotiç, son olaraq Fransanın "Sent-Etyen" klubunun uğurları üçün çalışırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest