2019/20 mövsümü üçün hazırlığını davam etdirən "Sumqayıt" və "Keşlə" klubları bu gün yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, sözügedən klublar arasında Sumqayıt şəhər stadionunda keçirilən matça saat 18:00-da start verilib.
 
Qarşılaşmada hesabı qonaq kollektiv açıb. Amma buraxılan topun əvəzini dərhal çıxan sumqayıtlılar matçın sonunda daha bir qol vurmaqla əzmkar qələbəyə imza atıb.
 
Yoxlama oyunu
5 iyul
 
Sumqayıt – Keşlə 2:1
Qollar: Amil Yunanov, 18. Rüfət Abdullazadə, 85 - Ruslan Qurbanov, 14.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest