Futbol üzrə Latviya çempionatında 21-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun yenicə transfer olunduğu "Liepaya" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Spartak"la üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
 
Vüqar da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxmaqla yeni komandasında debüt edib. Millimizin sabiq forvardı 81-ci dəqiqədə əvəzlənib.
 
"Liepaya" hazırda 23 xalla 9 komanda arasında 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest