"Keşlə" futbol komandasının baş məşqçisi Tərlan Əhmədov "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra müsahibə verib.  

- Mövsümlərarası fasilədə komandanız ilk yoxlama oyununu keçirdi. İlk təəssüratlarınız necə oldu?

- ümumilikdə 14 futbolçunun xidmətindən istifadə edə bilirdik. üç zədəlimiz var ki, onlardan yararlanmadıq. İlkin Qırtımovun yüngül ağrıları var idi, Ceyhun Muxtarlı hələ divizionda oynadığı müddətdə aldığı zədədən qurtulmayıb. Nəhayət, Emin Quliyev də eyni problem səbəbindən bizə kömək edə bilmirdi. Sıralarımızda bir 19 yaşlı futbolçu da var idi - əvəzedici heyətdən Pərviz Azadovu dəvət etmişdik. Buna baxmayaraq, komandadan razı qaldım. 12 günlük ağır yüklənmələrin fonunda sərgilənən oyun mənə perspektivdə işimizin bəhrəsini görəcəyimizə ümid verir. Ən çox Emin Mehdiyev sevindirdi. Əzmkarlığı, istəyi, komandaya tez uyğunlaşmağı xoş sürpriz idi. Floresi qeyd edərdim. Onun inamlı oyununu qeyd etməliyəm. Komandamız barədə onu deyə bilərəm ki, nikbin fikirlər formalaşdırdı: "Keşlə" 90 dəqiqə mübarizə aparmaq gücündədir.

- Komandanız ilk 15 dəqiqəyə olduqca sürətli başladı. Bu, sizin tapşırığınız idi, yoxsa futbolçular həddən artıq istəkli idilər?

- Əvvəlcədən bilirdim ki, komanda yorğunluq fonunda dalğavari tempdə oynayacaq: hansısa dəqiqələrdə yüklənmə özünü çox göstərəcək, hansısa məqamda hiss olunmayacaq. Ancaq uşaqlara demişdim ki, ilk dəqiqələrdən gücünüz çatan qədər yüksək tempdə oynayın. çünki gördüyümüz işin faiz nisbəti ilə hansı dərəcədə olmasını görməli idik. Həm də biz desək də, deməsək də, meydanda futbolçular özləri qərar verir. Bu da istəkdən qaynaqlanan məqamdır.

- Meydanda iki iranlı futbolçu da gördük - biri mərkəz müdafiəçisi, biri də mərkəz yarımmüdafiəçisi. Onlarla bağlı qərar vermisinizmi?

- Hər ikisini yola salacağıq. özlərini istədiyimiz səviyyədə göstərə bilmədilər.

- Stanislav Namaşkonun gətirilməsi hansı zərurətdən irəli gəldi?

- Komandada rəqabət olmalıdı. Rəşad Əzizlini dəvət etdikdə digər qapıçı kimi Dmitri Bezotosnı ilə danışıq aparırdıq. Lakin ukraynalı əlcək sahibi sonda bizi seçmədi. ümumiyyətlə, bizə çox qapıçı təklif olunmuşdu. Məsələn, Polşadan, Xorvatiyadan. Elə qapıçılar oldu ki, təklifimiz onları qane etmədi, elələri oldu ki, oyun praktikasından əziyyət çəkdikləri üçün bizə sərf etmədi. Namaşkoda isə belə problem yox idi. Monteneqroda stabil olaraq oynayıb, komandası bürünc medalçı olub və avrokuboklara vəsiqə qazanıb. Bundan əvvəl isə Yunanıstan çempionatında çıxış etmişdi.

- Oyunun gedişində Rəşad Sadiqovu da meydanda gördük. Bu, oyunçu qıtlığı ilə bağlı idi, yoxsa qarşıdakı mövsüm onu yenə meydanda görəcəyik?

- Sadiqov komandamızda oynayan məşqçi funksiyasını yerinə yetirir. Bu gün oyunçu qıtlığı var idi. Mövsümün gedişatında hansısa oyunda onun futbolçu kimi xidmətinə yenidən ehtiyac duya bilərik. ümumilikdə isə Rəşadın komandanın daxilində olması vacibdir. O, komandada bir lider, ağsaqqal kimi olacaq. Buğünkü hala gəlincə, Kamara bir qədər özünü pis hiss etdiyindən, Sadiqovu meydana buraxdım.

- Seleksiyaçı-məşqçi Bəxtiyar Musayevin yola salınma səbəbi nə ilə əlaqədardır?

- Bu, rəhbərlik səviyyəsində verilən qərardır. Futbolçulardan savayı, bir sıra əməkdaş oldu ki, ixtisara salındı. report.az

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest