Son klubu "Vest Hem" olan Samir Nəsri karyersını Belçikada davam etdirəcək. Matc.az xəbər verir ki, fransız yarımmüdafiəçi "Anderlext" klubuna transfer olunub. 
 
Bu barədə Belçika təmsilçisinin rəsmi saytı məlumat yayıb. Nəsri ilə 1+1 şərti ilə müqavilə imzalanıb.
 
Son mövsümü "Vest Hem"də keçirən Nəsri, iştirak etdiyi 6 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Nəsri karyerası ərzində "Marsel", "Arsenal", "Mançester Siti", "Olimpiakos", "Antalyaspor" kimi klublarda çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest