İspaniyanın "Valyadolid" klubu Türkiyə millisinin üzvü Enes ünalla bağlı rəsmi qərarını açıqlayıb. Matc.az xəbər verir ki, La Liqa klubu 22 yaşlı futbolçu ilə müqavilənin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
ünal ötən mövsüm "Valyadolid"in heyətində 34 oyuna çıxıb, 6 qola imza atıb, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Qeyd edək ki, Türkiyə yığmasının üzvü müqavilə ilə İspaniyanın digər klubu "Vilyarreal"a məxsusdu. Amma o, ötən mövsümün əvvəlində "Valyadolid"ə icarəyə verilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest