Ukraynanın "Aleksandriya" klubu Hollandiyadakı təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi sözügedən klub Belçikanın "Standard" komandası ilə qarşılaşıb. 
 
Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 2:2.
 
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və fasilədə əvəzlənib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest