Almaniyanın "Proyssen" klubu növbəti mövsümə hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi 3-cü Bundesliqa təmsilçisi Hollandiyanın "Qroningen" klubu ilə üz-üzə gəlib.
 
Futbolçumuzun komandası bu oyunda darmadağınla üzləşib – 0:3. 
 
Rüfət də bu görüşün iştirakçısı olub. O, fasilədən dərhal sonra meydana buraxılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest