İtaliyanın Neapol şəhərində 30-cu Yay Universiadası keçirilir. Matc.az xəbər verir ki, 17 idman növünün təmsil olunduğu turnirdə bu gün idman gimnastikası ürzə final yarışları baş tutub. 
 
Qadın idman gimnastımız Marina Nekrasova dayaqlı tullanma hərəkətlərinə görə 14,000 xal toplayaraq, qızıl medal qazanıb. 
 
Kişilərin yarışında isə gimnastımız İvan Tixonov çoxnövçülükdə mübarizə apararaq, 79.600 xalla 11-ci yerdə qərarlaşıb.
 
Bir neçə gün sonra isə Universiada çərçivəsində bədii gimnastika üzrə yarışlar start götürəcək. Yarışlarda ölkəmizi Zöhrə Ağamirova təmsil edəcək.
 
Qeyd edək ki, bu, Azərbaycanın Universiadada ikinci medalıdı. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) gümüş medal əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest