"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Fransanın Marsel şəhərində təşkil olunan Dünya Qadın Seriyasında mübarizəyə bu gün start verib.

"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Fransanın Marsel şəhərində təşkil olunan Dünya Qadın Seriyasında mübarizəyə bu gün start verib.

Matc.az xəbər verir ki, A qrupunda yer alan təmsilçimiz Macarıstan və Slovakiya yığmaları ilə qarşılaşıb.

"Ağ-qaralar" ilk qrup oyununda Macarıstan yığmasına əlavə vaxtın sonunda 19:18, ikinci qrup oyununda isə Slovakiya millisinə 21:14 hesabı ilə qalib gəlib.

"Neftçi" bununla da qrup lideri olaraq 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, "Neftçi" bu mərhələdə C qrupunun ikincisi ilə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest