Futbol üzrə 2026-cı il dünya çempionatı bütün həyəcanı ilə davam edir.
Matc.az xəbər verir ki, futbolsevərlər mundialın növbəti oyun günündə 1/16 finalın daha bir qarşılaşmasına şahid olacaqlar.
Misir Avstraliyanı penaltilər seriyasında məğlub edərək 1/8 finala yüksəlib.
Qeyd edək ki, futbol tarixində ilk dəfə olaraq üç ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə keçirilən dünya çempionatı 11 iyun – 19 iyul 2026-cı il tarixləri arasında təşkil olunur.
DÇ-2026
1/16 final
3 iyul
Avstraliya – Misir - 1:1 (Penaltilər seriyası: 2:4)
Qollar: Hani, 55, (aq) // Aşur, 13
Baş hakim: Daniel Sreber (Almaniya)
Baş hakimin köməkçiləri: Yan Zaydel, Rafael Foltin (Almaniya)
Dördüncü hakim: Kim Con-Hyeok (Cənubi Koreya)
VAR: Marko Frits (Almaniya)
AVAR: Tiko Kviatkovski (Polşa)
Dəstək VAR hakimi: Benuat Millot (Fransa)
"MetLayf Stedium" stadionu (Nyu-Cersi)
Avstraliya: Patrik Biç, Alessandro Çirkati, Harri Suttar, Lukas Herriqton, Cordan Bos, Eyden O'Nil, Cekson İrvayn, Aziz Behix, Kristian Volpato, Nestori İrankunda, Konnor Metkalf.
Ehtiyat oyunçular: Mettyu Rayon, Miloş Degenek, Ceyson Geria, Məhəmməd Ture, Aydin Xrustiç, Aver Mabil, Paul İzzo, Kemmi Devlin, Kay Trevin, Kemeron Berces, Nişan Velupillay, Paul Okon-Engstler, Tete Yenqi.
Baş məşqçi: Toni Popoviç.
Misir: Mostafa Şobeir, Məhəmməd Hani, Rami Rabia, Yasser İbrahim, Kərim Hafez, Həmdi Fathi, Mərvan Attia, Emam Aşur, Məhəmməd Salah, Mostafa Ziko, Omar Mərmuş.
Ehtiyat oyunçular: Məhəmməd Əl-Şenavi, Hossam Əbdülməcid, Trezeqe, Həmzə Əbdülkərim, Heyssem Həsən, Əl-Mehdi Soliman, Nabil Emad, İbrahim Adel, Mahmud Saber, Tarek Alaa, Zizo, Məhəmməd Alaa.
Baş məşqçi: Hossam Həsən.













