Futbol üzrə 2026-cı il dünya çempionatı bütün həyəcanı ilə davam edir.
Matc.az xəbər verir ki, bu gün 1/8 final mərhələsinin oyunlarına start verilib.
Bu mərhələnin ilk qarşılaşmasında Kanada Mərakeşlə üz-üzə gəlib. Rəqibini 3 cavabsız qolla məğlub edən mərakeşlilər 1/4 finala vəsiqə qazanan ilk komanda olub.
Qeyd edək ki, futbol tarixində ilk dəfə olaraq üç ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə keçirilən dünya çempionatı 11 iyun – 19 iyul 2026-cı il tarixləri arasında təşkil olunur.
DÇ-2026
1/8 final
4 iyul
Kanada – Mərakeş - 0:3
Qollar: Unai, 50, 82, Rəhimi, 90+8
Baş hakim: Maykl Oliver
Baş hakimin köməkçiləri: Stüart Bert, Ceyms Meynverinq
Dördüncü hakim: Denni Makkeli
VAR: Armando Vilyarreal
AVAR: İvan Bebek
Dəstək VAR hakimi: Cared Cillet
"Hyuston Stadium" stadionu (Hyuston)
Kanada millisi: Maksim Krepo, Alister Conston, Moiz Bombito, Derek Kornelius, Riçi Laryea, Tedjon Byukenen, Stiven Euştakiu, Natan Saliba, Liam Millar, Conatan Devid, Tani Oluvaseyi.
Ehtiyat oyunçular: Dayn Sent-Kler, Oven Qudman, Luk de Fujerol, Niko Siqur, Coel Vaterman, Alfonso Deyvis, Alfi Cons, Matye Şuanyer, İsmayıl Kone, Ali Ahmed, Ceyden Nelson, Marselo Flores, Conatan Osorio, Kayl Larin, Promis Devid.
Baş məşqçi: Cessi Marş.
Mərakeş millisi: Yassin Bunu, Aşraf Hakimi, İssa Diop, Reduan Xalxal, Nussair Mazraui, Əyyub Buaddi, Neil Əl-Aynaui, Brahim Dias, Azeddin Unai, Bilal Əl-Xannus, İsmayıl Saibari.
Ehtiyat oyunçular: Munir Əl-Kacui, Əhməd Reda Tanyauti, Anass Salah-Eddin, Yussef Bellamari, Çadi Riyad, Zakariya Əl-Uahdi, Samir Əl-Murabet, Sofyan Amrabat, Hakim Ziyeş, Yussef En-Nesiri, Amin Harit, Tarik Tissudali, Əbde Ezzalzuli, Sofyan Bufal.
Baş məşqçi: Mohamed Uahbi.













