Futbol üzrə 2026-cı il dünya çempionatı bütün həyəcanı ilə davam edir.

Matc.az xəbər verir ki, bu gün 1/4 final mərhələsinin oyunlarına start verilib.

Yarımfinala vəsiqə uğrunda Fransa Mərakeşi 2:0 hesabı ilə məğlub edib.

Fransa yarımfinalda İspaniya - Belçika matçının qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, futbol tarixində ilk dəfə olaraq üç ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə keçirilən dünya çempionatı 11 iyun – 19 iyul 2026-cı il tarixləri arasında təşkil olunur.

DÇ-2026
1/4 final
10 iyul

Fransa – Mərakeş - 2:0
Qollar: Mbappe, 60, Dembele, 66

Baş hakim: Fakundo Tello
Baş hakimin köməkçiləri: Xuan Pablo Belatti, Qabriel Çade
Dördüncü hakim: Dario Errera
VAR: Mauros Viqliano
AVAR: Xorxe Baliño
Dəstək VAR hakimi: Pablo Dovalo
Boston stadionu (Boston)

Fransa: 16. Mayk Menyan, 5. Jül Kunde, 4. Dayo Upamekano, 17. Vilyam Saliba, 3. Lukas Din, 6. Manu Kone, 14. Adrien Rabio, 11. Maykl Olise, 7. Usman Dembele, 12. Bredli Barkola, 10. Kilian Mbappe.
Ehtiyat oyunçular: 1. Bris Samba, 23. Robin Risser, 2. İbrahima Konate, 13. Maksens Lakrua, 21. Malo Qusto, 22. Teo Ernandes, 26. Lukas Ernandes, 8. Aurelien Tçuameni, 15. Nqolo Kante, 18. Varren Zair-Emeri, 24. Rayan Şerki, 25. Maqnes Akliuş, 20. Dezire Due, 9. Jan-Filip Mateta, 19. Markus Türam.
Baş məşqçi: Didye Deşam.

Mərakeş: 1. Yassin Bunu, 2. Əşrəf Hakimi, 5. İssa Diop, 3. Şadi Riad, 4. Nussair Mazraui, 6. Əyyub Buaddi, 24. Neil Əl-Aynaui, 10. Brahim Diaz, 8. Əzəddin Unahi, 23. Bilal Əl-Xannus, 9. Sufyan Rahimi.
Ehtiyat oyunçular: 12. Munir Əl-Kajui, 22. Əhməd Reda Taqnaouti, 13. Yussef Belammari, 15. Nayef Akerd, 16. Reduan Halhal, 17. Zakariya Əl-Uahdi, 18. Marvan Saane, 7. Samir Əl-Murabet, 14. Gessime Yassin, 19. Əyyub Əl-Kaabi, 20. Əyyub Amaimouni, 21. Amin Sbai, 11. Abde Ezzalzuli.
Baş məşqçi: Məhəmməd Uahbi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest