Fransa çempionu PSJ-də ulduz futbolçusu Neymarla bağlı növbəti böhran yaşanır. Matc.az xəbər verir ki, Paris klubu bu gün yeni mövsüm üçün ilk məşqinə çıxıb. Amma braziliyalı hücumçu komandasının bu hazırlığında iştirak etməyib.
 
Bu barədə PSJ-nin rəsmi saytı məlumat yayıb. Məlumatda Neymarın  klubdan icazə almadığı halda toplanışa qatılmaması qınanılıb. Paris klubu bununla əlaqədar müvafiq tədbirlərin görüləcəyini bəyan edib.
 
Qeyd edək ki, Neymarın bu yay sabiq klubu "Barselona"ya qayıdacağına dair xəbərlər dolaşmaqdadı. Braziliya yığmasının üzvü PSJ-yə rekord transfer məbləği – 222 milyon avro qarşılığında məhz İspaniya klubundan gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest