Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək "Sperantsa" – "Neftçi" oyunu öncəsi Azərbaycan klubunun son məşqinin və baş məşqçisinin mətbuat konfransının vaxtı müəyyənləşib. Matc.az saytı xəbər verir ki, sabah Roberto Bordin mətbuat önünə çıxacaq.

İtaliyalı mütəxəssis Bakı vaxtı ilə 19:30-da jurnalistlərin suallarını cavablandıracaq. Konfransdan yarım saat sonra isə komandanın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi baş tutacaq.

Qeyd edək ki, iyulun 11-də "Zimbru" stadionunda keçiriləcək "Sperantsa" – "Neftçi" matçı Bakı vaxtı ilə 21:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest