"Zirə"də gözlənilməz ayrılıq baş verib. Matc.az xəbər verir ki, bunu klub rəsmi saytı vasitəsilə yayıb.

Bildirilir ki, Natiq İsmayılov prezident vəzifəsindən istefa verib. O, 2015-ci ildən paytaxt klubunda çalışırdı. Bakılılar sabiq prezidentə xidmətlərə görə təşəkkür edib.

İsmayılov futbolpress.az saytına açıqlamasında istefası haqda danışıb. O bildirib ki, mövsüm başa çatandan sonra klubdan ayrılmaq fikri var idi: "Sadəcə, klubun sahibi Orxan Məmmədov bir az gözləməyimi bildirmişdi. Dünən bu məsələ ilə bağlı yenidən söhbətimiz oldu və klubdan ayrıldım. "Zirə"dən ayrılmaq mənim üçün çətin olsa da, öz işlərimə görə alınmırdı".

Qeyd edək ki, "Zirə" ötən mövsüm Premyer Liqada 5-ci yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest