"Ayaks" hücumçusu Duşan Tadiçi komandada saxlayıb. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, futbolçu ilə yeni müqavilədə ortaq məxrəcə gəlinib. Anlaşmaya əsasən, serbiyalı forvard 2023-cü ilin yayına qədər Amsterdam klubuna məxsus olacaq. 31 yaşlı oyunçunun müqaviləsinə xüsusi bənd də salınıb. Belə ki, anlaşmaya əsasən, Tadiç 2023-cü ildə karyerasını bitirəcək və "Ayaks"ın akademiyasında uşaq məşqçisi kimi fəaliyyətə başlayacaq. Onun ən azı 3 il akademiyada çalışması razılaşdırılıb.

Qeyd edək ki, Duşan Tadiç ötən mövsüm "Ayaks"da 56 oyuna çıxıb, 36 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest