"Neftçi" Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Speranta"ya qarşı keçirəcəyi ilk oyun üçün bu gün Moldovaya yollanıb. Matc.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, paytaxt təmsilçisi artıq mənzil başına çatıb.
 
Baş məşqçi Roberto Bordinin kollektivi Bakı-İstanbul-Kişinyov marşrutu ilə səfərə yollanıb və təxminən 1 saat əvvəl Moldova paytaxtına yetişib. 
 
Komanda matçın son hazırlığını oyunun keçiriləcəyi "Zimbru" stadionunda edəcək.
 
Qeyd edək ki, "Speranta" - "Neftçi" görüşü iyulun 11-də baş tutacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest