İngiltərənin "Arsenal" klubuna yeni texniki direktor təyin olunub. Matc.az xəbər verir ki, London təmsilçisi bu vəzifəyə keçmiş futbolçusu Edunu gətirib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Braziliyalı yarımmüdafiəçi 2001-2005-ci illər aralığında "Arsenal"da forma geyinib. O, "topçular"ın heyətində iki dəfə İngiltərə çempionu olub.
 
"Korintians"ın yetirməsi olan, karyerasını da məhz bu klubda başa vuran Edu, 4 il İspaniyanın "Valensiya" komandasının da şərəfini qoruyub. O, 2010-cu ildə zədə səbəbindən karyerasını bitirmək məcburiyyətində qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest