Növbəti mövsümün hazırlığını ölkə daxilində davam etdirən "Sabah"la "Sumqayıt" yoxlama görüşü keçirəcək. Matc.az saytı xəbər verir ki, klublar iyulun 13-də üz-üzə gələcək.

"Kapital Bank Arena"da baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək.

Qeyd edək ki, hər iki komanda indiyə qədər bir yoxlama görüşündə qüvvəsini sınayıb. "Sumqayıt" "Keşlə"yə (2:1), "Sabah" isə "Zirə"yə (5:3) qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest