"Qəbələ" 2019/20 mövsümünə hazırlığını davam etdirir. Matc.az xəbər verir ki, Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "qırmızı-qaralar" hazırlıq prosesinin yeddinci gününü başa vurub. 
 
Sənan Qurbanovun yetirmələri günü bir məşqlə yekunlaşdırıb. Hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib. Futbolçular toplu çalışmaları yerinə yetiriblər. Məşq prosesi ikitərəfli oyunla başa çatıb. 
 
Bərpa prosesi keçən Davit Volkov, həmçinin komandaya yeni qoşulan Klesio Bauk fərdi hazırlıqla kifayətlənib. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest