Futbol veteranı, Bakı Kəndlər Futbol Federasiyasının prezidenti Vaqif Davudovun 70 yaşı tamam olur. Matc.az xəbər verir ki, əlamətdar yubileyi münasibətilə AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Vaqif Davudovla görüşüb, AFFA rəhbərliyi və futbol ictimaiyyəti adından 70 illik yubileyi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. 
 
Yubilyara Azərbaycan milli komandasının futbolkası hədiyyə olunub.
 
Vaqif Davudov göstərilən diqqətə görə minnətdarlığını bildirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest